Fəqan Baxışov 27 dekabr 1994-cü ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olub. O, 2001-ci ildə 6 saylı tam orta məktəbə daxil olub. Hələ məktəb illərində yaradıcılığa maraq göstərərək şeirlər yazmağa başlayıb. Onun qələmə aldığı şeirlər sinif yoldaşları və dostları tərəfindən bəyənilib. Nəhayət, dostlarının dəstəyi ilə 2010-cu ildə ilk səs yazısını edib. İlk şeiri "Mənasızdır", 2012-ci ildə isə "Çətindir" adlı əsəri ərsəyə gələrək işıq üzü görüb və geniş auditoriya tərəfindən maraqla qarşılanıb. 2012-ci ildə orta məktəbi bitirən Fəqan Baxışov, 2013-cü ildə hərbi xidmətə yollanıb. O, hərbi xidmətdə olarkən əsgər yoldaşları və komandirləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Onun yazdığı şeirlər maraqla dinlənilib və ona uğurlar arzulanıb. 2014-cü ildə hərbi xidmətini başa vuraraq doğma məmləkətinə geri dönüb. 2018-ci ildə "Allah Rəsulu" və "Qarabağ Bizimdir" şeirləri ilə yaradıcılığını davam etdirib. Bununla yanaşı, "Sənsiz", "Xəyanət", "Biri var", "Ürəyim", "Ləki", "New Life", "Hədəfə", "Bitmisən", "İstəmir", "Ləkə", "Lair Lady", "Marsian Butterfly", "Ölüm" və digər əsərlərini ərsəyə gətirib. Hal-hazırda da yaradıcılıq fəaliyyətini davam etdirir.